Ukrayna lideri Volodimir Zelenski qaçqınların geri qaytarılması və hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi məsələsində Aİ-yə ultimatum verib.
Bakıvaxtı.az xəbər verir ki, Zelenskinin sözlərini “Strana” nəşri yayıb.
“Mən onlara deyirəm, baxın, gəlin bunu edək: bir az daha hava hücumundan müdafiə və mən hamınız geri qayıdın deyəcəm”, - Ukrayna lideri deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna hakimiyyəti bu halda təkcə iş tapa bilməyən ukraynalı qaçqınları deyil, hamını geri qaytarmaq niyyətindədir.