Xalq artisti Aygün Kazımova konsertlərindən birində tamaşaçıları ilə söhbətiylə diqqət çəkib.
Bakıvaxtı.az Axşam.az-a istinadla xəbər verir ki, Pop kraliça tamaşaçılara "Kaprizlərimə dözərdiniz?" sualını ünvanlayıb.
Müğənni daha sonra "Bilmirsiniz ki, nələr baş verir. Amma hamısı sənət üçündür. "Kontuziya"larım o zaman tutur. Sizin qarşınıza çıxana qədər nələr baş verir bilmirsiniz" sözlərini əlavə edib.
Kazımova "Dəyməzmiş" mahnısını oxuyan zaman isə "Bəzən həyatımızda elə insanlar olur ki, ürəyimizi, hər şeyimizi veririk. Amma sonradan anlayırıq ki, dəyməzmiş" sözlərini söyləyib.