• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Britaniya şahzadəsi ana oldu - FOTO

ŞOU

29 Yanvar 2025 | 20:07 | Müəllif: Subhan Mahmudov

Britaniya şahzadəsi ana oldu - FOTO

York şahzadəsi Beatris (mərhum Kraliça II Yelizavetanın nəvəsi) ana olub. 

Bakıvaxtı.az xəbər verir ki, şahzadənin körpəsi vaxtından əvvəl doğulub. 

"Əlahəzrət Şahzadə Beatris və cənab Edoardo Mapelli Mozzi qızlarının sağ-salamat gəlişini elan etməkdən məmnundurlar" deyə kral ailəsi sosial mediadakı rəsmi hesabında bildirib. 

Qızın adını Afina qoyublar. Uşağın çəkisi 1,95 kq-dır. O, yanvarın 22-də Londonun "Chelsea and Westminster Hospital"ında anadan olub.

Xatırladaq ki, şahzadə Beatris və iş adamı Mapelli-Mozzi 2020-ci ilin iyulunda evləniblər. Cütlüyün 2021-ci ilin sentyabrında Sienna adlı qızları doğulub. Mapelli-Mozzinin əvvəlki evliliyindən bir oğlu da var.


Britaniya şahzadəsi ana oldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR