• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Emin Ağalarov terror aktından sonra dəyən ziyanı açıqladı

ŞOU

27 Fevral 2025 | 10:50

Emin Ağalarov terror aktından sonra dəyən ziyanı açıqladı

Moskvada yerləşən “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə dəymiş ziyan açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarova istinadən məlumat yayıb.

 Ağalarov ziyanın təxmini olaraq 150-200 milyon dollar qiymətləndirib.

"Biznes nöqteyi-nəzərindən bu, bütün “Crocus Group” üçün dağıdıcı təsir oldu, çünki terror aktından sonra ərazidəki bütün obyektlərin fəaliyyəti iflic vəziyyətə düşmüşdü və ziyarətçilərin sayı azalmışdı”, - "RİA Novosti" onun sözlərindən sitat gətirib. 

Xatırladaq ki, 22 mart 2024-cü il tarixində Rusiyanın Moskva şəhərindəki "Crocus City Hall"da terror aktı törədilib, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR