• Bakı 15° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Arnold Şvarseneggerin keçmiş arvadı boşanmalarından danışdı

ŞOU

28 Mart 2025 | 18:42

Arnold Şvarseneggerin keçmiş arvadı boşanmalarından danışdı

Maria Şrayver, 69 yaşında, yeni "Mən - Maria" adlı memuarlarında Arnold Şvarseneggerlə boşanması barədə səmimi etiraflar edib.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, o, 25 illik evliliyin bitməsinin həm qəlbini, həm də ruhunu dərin şəkildə sarsıtdığını bildirib.

Bu dövrdə kədər, qarışıqlıq, qəzəb, qorxu və narahatlıq kimi bir çox müxtəlif emosiyalar yaşadığını vurğulayıb.

Maria və Arnold 1986-cı ildə evləniblər və onların dörd övladı var: Ketrin (35), Kristina (33), Patrik (31) və Kristofer (27). 2011-ci ildə Arnoldun keçmiş ev işçisi Mildred Baena ilə münasibətindən Cozef adlı bir oğlu olduğu ortaya çıxıb. Bu hadisədən sonra Maria boşanma üçün müraciət edib və proses yalnız 2021-ci ildə yekunlaşıb.


SON XƏBƏRLƏR

30 Mart 2025