Baş rolunu türkiyəli müğənni Hadisənin canlandırdığı "Esas oğlan" serialının ikinci mövsmünün çəkilişləri ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb isə layihənin reytinqdə istənilən nəticəni verməməsi olub. Ekran işi hazırda dijital platformaların ən pis serialı adını daşıyır.
Qeyd edək ki, serialda Hadisənin tərəf müqabili aktyor Serhat Teoman idi.