• Bakı 15° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Elgizin sualı Şəbnəmi ƏSƏBİLƏŞDİRDİ

ŞOU

28 Mart 2025 | 21:01

Elgizin sualı Şəbnəmi ƏSƏBİLƏŞDİRDİ

Əməkdar artist Şəbnəm Tapdıq "Elgizlə izlə" verilişində qonaq olarkən əsəbiləşib.

Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, buna səbəb isə aparıcı Elgiz Əkbərin ifaçıya "Şəbnəm xanım necə dolanırsınız, sənətinizdən pul qazana bilirsiniz" suallarını verməsi olub. Şəbnəm Tapdıq isə əsəbiləşərək belə reaksiya verib:

"Gülməli sualdır, ona görə də cavab verə bilmərəm. Necə dolanırsan nə deməkdir? Toylara, restoranlara getmirəm. Səhnədən restorana düşmək asandır. Amma restorandan səhnəyə çıxmaq çətindir. Mən gənclik estradasından gəlirəm. Bütün kanallar məni dəvət edirdi. Öz dövrümün çox sevilən müğənnisiyəm. Mən efirdə nə vaxt ağlamışam ki, pul verin? Bu sualı mənə niyə verirsiniz? Niyə deməliyəm? Mənə şeirlər təqdim edirlər. Musiqisini bəstələyirəm və böyük qonorar alıram. Nöqtə qoyduq? Bunun kimə nə dəxli var?".


SON XƏBƏRLƏR

30 Mart 2025