Balakəndə baş verən yanğın zamanı ev sahibi xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, Balakən rayonu Hənifə kəndində yanan ev 1987-ci il təvəllüdlü Məcid Qüdrət oğlu Məmmədova məxsusdur. Yanğın zamanı onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Rüfət qızı Məmmədova yanıq xəsarətləri alıb.
***
16:02
Balakən rayonunun Hənifə kəndində yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.