• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Avtobus yük avtomobili ilə toqquşdu - yaralanan var

HADİSƏ

01 Fevral 2025 | 20:57 | Müəllif: Subhan Mahmudov

Avtobus yük avtomobili ilə toqquşdu - yaralanan var

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.

Nəticədə sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.

Faktla bağlı araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR