• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Qaradağda silsilə oğurluqlar edən şəxs saxlanılıb

HADİSƏ

01 Fevral 2025 | 13:43

Qaradağda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən 2 mağazadan 2040 manat dəyərində 6 təkərin, həmçinin bir nəfərin avtomobilindən akkumulyator və mobil telefonun oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 45 yaşlı Ş.Zərbəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR