• Bakı 12° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bu küçədə nəqliyyatın hərəkəti DAYANDIRILIR

CƏMİYYƏT

14 Mart 2025 | 11:55

Bu küçədə nəqliyyatın hərəkəti DAYANDIRILIR

Akademik Həsən Əliyev küçəsi – metronun “Koroğlu” stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar martın 17-si saat 06:00-dan etibarən Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən sözügedən ərazidə yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


SON XƏBƏRLƏR