• Bakı 11° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Gömrük Hospitalı və "Yeni Klinika"da maaşların verilməməsi iddialarına aydınlıq gətirilib

CƏMİYYƏT

14 Mart 2025 | 10:30

Gömrük Hospitalı və Yeni Klinikada maaşların verilməməsi iddialarına aydınlıq gətirilib

Mərkəzi Gömrük Hospitalı və “Yeni Klinika”nın əməkdaşlarının maaşlarını ala bilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Mərkəzi Gömrük Hospitalından açıqlama

    Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməkdaşlara əməkhaqqı ödənişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.

    Həkimlərin məzuniyyət haqları və mükafatları

    Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova həkimlərin məzuniyyət haqları, maddi yardım və mükafatlarının tam həcmdə ödənildiyini vurğulayıb: "Bütün həkimlər pullarını vaxtında alırlar".

    TƏBİB-in “Yeni Klinika” ilə bağlı açıqlaması

    TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq qeyd edilib ki, “Yeni Klinika” ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: “Həkimlərin əməkhaqları tam həcmdə ödənilib".

    İddialar və şikayətlər

    Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalı və “Yeni Klinika”da çalışan həkimlərin maaşlarının ödənilməməsi ilə bağlı məlumatlar yayılıb. Xüsusilə, Mərkəzi Gömrük Hospitalının həkimləri iki il ərzində maaşlarının ödənilməsində ciddi problemlərin yaşandığını bildiriblər. Bundan başqa “Yeni Klinika”da fevral ayı üçün əmək haqqının ödənilməməsinə dair iddialar da var.


    SON XƏBƏRLƏR

    14 Mart 2025