• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

AZAL Səmərqəndə uçuşları bərpa edir

İQTİSADİYYAT

14 Mart 2025 | 11:03

AZAL Səmərqəndə uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 1-dən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir.

Bakıvaxtı.az AZAL-a istinadən xəbər verir ki, Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.

Uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

AZAL ilə Səmərqəndə səyahətə yollanaraq bu möhtəşəm şəhərin qədim ab-havasını kəşf edin!

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026