• Bakı 11° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Publik hüquqi şəxslərlə bağlı qaydalar təkmilləşdiriləcək

İQTİSADİYYAT

14 Mart 2025 | 12:10

Publik hüquqi şəxslərlə bağlı qaydalar təkmilləşdiriləcək

Azərbaycanda publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Xatırladaq ki, publik hüquqi şəxslərin yaradılması və fəaliyət göstərməsi “Publik hüquqi şəxslər haqqında” qanuna, eləcə də Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prezidentin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Əsasnaməsi”nə uyğun təmin edilir. Bununla yanaşı, publik hüquqi şəxslərin bütövlükdə, eləcə də onların maliyə-təsərrüfatı fəaliyyəti qüvvədə olan qanunvericilik aktlarına və hüquqi şəxslərin nizamnamələrinə uyğun tənzimlənir.


SON XƏBƏRLƏR