İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal" İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olmuş Niko Uilyamsı transfer etmək istəyir.
Bakıvaxtı.az "El Gol Digital"a istinadən xəbər verir ki, "topçular" “Atletik”in (Bilbao) 22 yaşlı hücumçusunu transfer etmək üçün 58 milyon avrosundan keçməyə hazırdır.
Daha əvvəl onun adı “Barselona” ilə hallansa da, kataloniyalılar müəyyən səbəblərə görə futbolçunun keçidindən imtina ediblər.
Qeyd edək ki, N.Uilyams cari mövsüm “Atletik”in heyətində 23 görüşdə meydana çıxıb və 2 qol vurub.