• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

“Bavariya” qələbə qazandı

İDMAN

02 Fevral 2025 | 00:35

“Bavariya” qələbə qazandı

“Bavariya” Bundesliqanın 20-ci turunda 17-ci sırada qərarlaşan “Holştayn Kiel”i qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə münxenlilər zəif rəqib qarşısında çətin qələbə qazanıblar – 4:3. Camal Musialanın 19-cu dəqiqədə hesabı açdığı qarşılaşmada Harri Keyn dubl edib.

İngilis futbolçu ilk hissənin sonuncu (45+2) və ikinci hissənin ilk dəqiqələrində (46) rəqib qapısına yol tapıb. “Bavariya”nın dördüncü qolunu 54-cü dəqiqədə Sergi Qnabri vurub. Matçın 62-ci dəqiqəsində Finn-Dominik Poratın sayəsində bu qollardan birini əvəzini çıxan qonaqların heyətində Steven Skribski görüşün əsas vaxtına əlavə olunmuş hissədə daha iki qol vuraraq (90+1 və 90+3) hesab arasındakı fərqi minimuma endirib.

Beləliklə, görüşdə 4:3 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl altıncı qələbəsini qazanaraq xallarının sayını 51-ə çatdırıb. “Holştayn Kiel” isə 12 xalla 17-ci sırada qərarlaşıb.


SON XƏBƏRLƏR

02 Fevral 2025