• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Cüdoçumuz Parisdə qızıl medal qazandı

İDMAN

02 Fevral 2025 | 09:35

Cüdoçumuz Parisdə qızıl medal qazandı

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 2 medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, kişilər arasında 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerlə kifayətlənib.

73 kiloqram çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan fevralın 2-dək davam edəcək yarışda 10 cüdoçu ilə təmsil olunur.


SON XƏBƏRLƏR

02 Fevral 2025