• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Nebenzya: Trampın komandası Ukrayna ilə bağlı maraqlı heç nə təklif etməyib

DÜNYA

03 Yanvar 2025 | 12:28

Nebenzya: Trampın komandası Ukrayna ilə bağlı maraqlı heç nə təklif etməyib

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası öz siqnallarında Ukrayna böhranının həlli üçün Rusiyaya hələlik maraqlı heç nə təklif etməyib.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Bunlar nəyəsə hazır olmaqla bağlı aydın olmayan siqnallarıdır. Ancaq indiyə qədər ABŞ-nin yeni administrasiyasından gələn siqnallar bunun bizim üçün maraqlı olacağını göstərmir”, - diplomat deyib.

O əlavə edib ki, son vaxtlar Ukrayna tərəfi də razılaşmaların əldə olunmasında maraqlıdır.


SON XƏBƏRLƏR

18 Aprel 2025