• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Mask Britaniyanı polis dövləti adlandırıb

DÜNYA

04 Dekabr 2025 | 14:49

Mask Britaniyanı polis dövləti adlandırıb

ABŞ-li milyarder İlon Mask Böyük Britaniyanın polis dövlətinə çevrildiyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Birləşmiş Krallıq polis dövlətidir", - Mask qeyd edib.

O, Cardiff Crown Məhkəməsinin qaradərililərə qarşı irqçi təhqirlər ehtiva edən "X" yazılarına görə bir britaniyalıya 20 ay həbs cəzası verdiyini iddia edən yazıya cavab verib. 

Maskın yenidən paylaşdığı yazıdan aydın olur ki, hökmə cavabdeh olan hakim Tracey Lloyd-Clarke daha əvvəl "həbsxanada sıxlıq" səbəbiylə yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsin azadlığa buraxılması barədə göstəriş verib.

Oktyabr ayında o, "X"də Britaniyanın Baş naziri Kir Starmer haqqında sərt paylaşımlar edib. Mask Britaniyanın Baş nazirini "nə deyəcəyini başqaları söyləyən, boş düşüncəli aktyor" adlandırıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026