• Bakı C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Açıq havada baş tutan hokkey matçını 36 mindən çox azarkeş izləyib

DÜNYA

03 Yanvar 2026 | 13:50

Açıq havada baş tutan hokkey matçını 36 mindən çox azarkeş izləyib

"Florida Panters" və "Nyu-York Reyncers" komandaları arasında açıq havada baş tutan NHL matçını 36 153 tamaşaçı izləyib.

Bakıvaxtı.az-ın NHL-in mətbuat xidmətinə istinadən məlumatına görə, qarşılaşma "Mayami Marlins" beysbol klubuna məxsus 36 742 nəfərlik stadionda baş tutub.

Havanın temperaturu +17.2° olub ki, bu da qışda açıq havada keçirilmiş oyunlar üçün rekord göstəricidir.

Qeyd edək ki, yanvarın 2-dən 3-nə keçən gecə gerçəkləşən NHL-in müntəzəm mövsümünün görüşü qonaq komandanın – "Nyu-York Reyncers"in 5:1 hesablı qələbəsi ilə başa çatıb.


SON XƏBƏRLƏR

03 Yanvar 2026