• Bakı 17° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

İsveçrədə Kran-Montana barının sahiblərinə qarşıistintaq başlayıb

DÜNYA

03 Yanvar 2026 | 23:19

İsveçrədə Kran-Montana barının sahiblərinə qarşı istintaq başlayıb

İsveçrədə "Le Constellation" barının iki sahibinə qarşı istintaq başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Keystone-SDA" agentliyi prokurorluğun bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, onlara ehtiyatsızlıqdan adam öldürmə, ehtiyatsızlıqdan xəsarət yetirmə və yanğın törətmə ittihamları irəli sürülüb. Prokurorluq vurğulayıb ki, hökm qüvvəyə minənə qədər təqsirsizlik prezumpsiyası qüvvədə qalır.

Daha əvvəl KİV məlumatına görə, bar Korsikadan olan fransız cütlük Jak və Cessika Morettiyə məxsusdur. Qeyd edilib ki, faciə zamanı qadın hadisə yerində olub və əlindən yanıq xəsarəti alıb. Onun əri isə başqa bir məkanda olub və yaralanmayıb.

Qeyd edək ki, Kran-Montana kurortundakı yanğın nəticəsində 40 nəfər həlak olub, azı 115 nəfər yaralanıb.


SON XƏBƏRLƏR

02 Aprel 2026