• Bakı C

    8.48 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Uill Smit cinsi təcavüzdə ittiham olunur

ŞOU

04 Yanvar 2026 | 00:19

Uill Smit cinsi təcavüzdə ittiham olunur

Hollivud ulduzu, reper Uill Smit cinsi təcavüz və işçisini qanunsuz işdən çıxarılmaqda ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, 57 yaşlı aktyora qarşı iddianı onun qastrol heyətinin üzvlərindən biri, skripkaçı Brayan Kinq Cozef qaldırıb.

İddia ərizəsinə əsasən, Smit Cozefi 2024-cü ildə San-Dieqodakı konsert üçün işə götürüb, daha sonra isə turne boyunca onunla əməkdaşlığı davam etdirib. Cozef bildirib ki, əvvəl münasibətlər sırf peşəkar olub, lakin zamanla aktyor şəxsi sərhədləri aşan ifadələr işlətməyə başlayıb. Skripkaçının sözlərinə görə, Smit ona "Səninlə başqaları ilə olmayan xüsusi bir bağım var" deyib, ardınca isə psixoloji təzyiq və manipulyasiya göstərib.

Cozef üçün dönüş nöqtəsi 2025-ci ilin yazında Las-Veqasdakı turne zamanı baş verən hadisə olub. Həmin vaxt Smitin komandası bir neçə saat ərzində Cozefin hotel nömrəsinin açarları olan çantanı tapa bilməyib. Skripkaçı nəhayət otağına qayıdanda, içəridə kiminsə olduğunu hiss edib: otaqda nəm salfetlər, başqa bir şəxsin adına yazılmış HİV dərmanları və üzərində ürək şəkli olan, "Brayan, 5:30-dan gec qayıtmayacağam, yalnız ikimiz…" sözləri yazılmış qeyd tapıb. Musiqiçi otağa Smitin daxil olduğundan şübhələnib.

Cozef hadisə ilə bağlı polisə müraciət edib və aktyorun komandasını məlumatlandırıb, lakin onun dediyinə görə, məsələ araşdırılmayıb. Qısa müddət sonra isə onu böhtan atmaqda günahlandırıblar və işdən çıxarıblar. Bu proses Cozefin psixoloji və maddi çətinliklərlə üzləşməsinə səbəb olub. İndi isə o, məhkəmə yolu ilə haqqını tələb edərək kompensasiya almağa çalışır.


SON XƏBƏRLƏR

04 Yanvar 2026