• Bakı C

    8.48 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirib

DÜNYA

03 Yanvar 2026 | 23:51

Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirib

Çin Xalq Respublikası (ÇXR) 2025-ci ildə 92 daşıyıcı raketin buraxılışı missiyasını həyata keçirib və bununla öz rekordunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) ölkənin milli kosmik idarəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ÇXR 2025-ci ildə həm insan tərəfindən idarə olunan kosmik uçuşlar, həm də uzaq kosmosun tədqiqi, orbital kommersiya layihələrinin həyata keçirilməsi sahəsində yeni uğurlar nümayiş etdirib və irəliləyişlərə nail olub.

Daha əvvəl Çin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) məlumat verib ki, ölkə 2025-ci ildə 73 buraxılış həyata keçirib. Korporasiya üçün bu sayda buraxılış rekord olub.

Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir, meteoroloji, telekommunikasiya və naviqasiya peyklərini, həmçinin Ayın mənimsənilməsi üçün nəzərdə tutulan texnologiyaları işləyib hazırlayır. Çin mütəxəssisləri asteroid və Mars tədqiqatı layihələrini həyata keçirirlər. Orbitdə beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulan ÇXR-in kosmik stansiyası fəaliyyət göstərir. 2024-cü ildə Çin 68 kosmik buraxılış həyata keçirib.


SON XƏBƏRLƏR

04 Yanvar 2026