• Bakı C

    8.74 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

"Qarabağ" qış fasiləsində "Neftçi" ilə yoxlama oyunu keçirəcək

İDMAN

03 Yanvar 2026 | 22:49

Qarabağ qış fasiləsində Neftçi ilə yoxlama oyunu keçirəcək

"Qarabağ"ın qış təlim-məşq toplanışının detalları və fasilə ərəfəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsini yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində reallaşdıracaq.

Toplanışda "köhlən atlar" ilk olaraq yoxlama oyununda, yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı Polşanın "Zaqlebie Lubin" kollektivinə qarşı olacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 18:00 və 19:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

26 Fevral 2026