• Bakı C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

2029-cu il Klublararası Dünya Çempionatı Mərakeşdə keçirilə bilər

İDMAN

03 Yanvar 2026 | 15:53

2029-cu il Klublararası Dünya Çempionatı Mərakeşdə keçirilə bilər

2029-cu il Klublararası Dünya Çempionatı Mərakeşdə keçirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Braziliya, ABŞ, Qətər və İspaniyanın da namizəd olduğu turnir 99 faiz ehtimalla Mərakeşdə təşkil olunacaq.

FIFA bu qərarı 2030-cu ildə keçiriləcək milli komandalar arasında Dünya Çempionatı ərəfəsində Mərakeşin təşkilati imkanlarını yoxlamaq məqsədilə vermək istəyir. Mərakeş həmin mundiala İspaniya və Portuqaliya ilə birgə ev sahibliyi edəcək.

Xatırladaq ki, əvvəllər Dünya Çempionatından bir il əvvəl Konfederasiyalar Kuboku keçirilirdi. 2025-ci ildən etibarən isə bu format Klublararası Dünya Çempionatı ilə əvəzlənib. Turnirin ilki ABŞ-da baş tutub. FIFA-nın eyni yanaşmanı 2029–2030-cu illərdə də tətbiq edəcəyi ehtimal olunur.


SON XƏBƏRLƏR

03 Yanvar 2026