• Bakı C

    10.62 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

İngiltərə Premyer Liqasında 2025-ci ilin rəmzi komandası açıqlanıb

İDMAN

03 Yanvar 2026 | 13:23

İngiltərə Premyer Liqasında 2025-ci ilin rəmzi komandası açıqlanıb

İngiltərədə azarkeşlərin səsverməsinə əsasən Premyer Liqada 2025-ci ilin rəmzi komandası açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

"İlin komandası"nda ən çox "Arsenal"ın futbolçuları yer alıblar. Premyer Liqanın 2024/2025 mövsümünün qalibi "Liverpul"dan heç kim siyahıya düşməyib.

Qapıçı: David Raya ("Arsenal");

Müdafiəçilər: Yurrien Timber, Qabriel Maqalyayns (hər ikisi "Arsenal"), Mark Qehi, Daniel Munyos (hər ikisi "Kristal Pelas"), Ris Ceyms ("Çelsi");

Yarımmüdafiəçilər: Morqan Rocers ("Aston Villa"), Deklan Rays ("Arsenal"), Brunu Fernandeş ("Mançester Yunayted");

Hücumçular: Erlinq Holann ("Mançester Siti"), Antuan Semenyo ("Bornmut").


SON XƏBƏRLƏR

03 Yanvar 2026