• Bakı C

    10.62 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

ABŞ agentləri Maduronu izləyirmiş - YENİLƏNİB

DÜNYA

03 Yanvar 2026 | 16:25

ABŞ agentləri Maduronu izləyirmiş - YENİLƏNİB

ABŞ lideri Donald Tramp bir neçə gün əvvəl Maduronun tutulması əməliyyatını təsdiqləyib və onun yeri CIA agentləri tərəfindən izlənilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. 

***

14:30

Venesuela hökuməti ABŞ-dən ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşının sağ olduğunu təsdiqləməsini tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Times" Venesuelanın vitse-prezidenti Delsi Rodrigesə istinadən yazır.

"Delsi Rodriges dövlət televiziyasında çıxış edərək, Nikolas Maduro və həyat yoldaşının yerinin məlum olmadığını bildirib və ABŞ prezidenti Trampdan onların sağ olduğuna dair sübut təqdim etməsini tələb edib", - məlumatda deyilib.

***

13:32

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyatın həyata keçirildiyini təsdiqləyib və Venesuela Prezidenti Nikolas Maduronun həbs olunduğunu açıqlayıb.

Bakıvaxtı.az-ın "LeMonde.fr"ə istinadən məlumatına görə, Tramp bildirib ki, N. Maduro və onun həyat yoldaşı ələ keçirilərək ölkədən çıxarılıb.

Prezident Tramp vurğulayıb ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun liderinə qarşı planlaşdırılmış əməliyyatı uğurla yerinə yetirib:

“Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilib və təyyarə vasitəsilə ölkədən çıxarılıb. Əməliyyat ABŞ hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib”.

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Yanvar 2026