• Bakı C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığı müzakirə edilib

DÜNYA

02 Fevral 2026 | 15:47

Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığı müzakirə edilib

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi general Anil Çauxan və Ermənistan müdafiə naziri Suren Papikyan İrəvanda ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, S.Papikyan müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirib və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

General Çauxan Hindistan Silahlı Qüvvələrinin mövcud sahələrdə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran yeni istiqamətlərə təşəbbüs göstərməyə hazır olduğunu ifadə edib.

Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib.

Məlumata görə, son illərdə İrəvan və Nyu Delhi 1,5 milyard dollar dəyərində silah müqavilələri imzalayıblar. Razılaşmalar çərçivəsində Hindistan yaylım atəş sistemləri, top artilleriyası, hava hücumundan müdafiə vasitələri və s. təchiz edir.


SON XƏBƏRLƏR