Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkun Bruklin şəhərindəki həbsxanaya aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Maduro və Floresin olduğu təyyarə yerli vaxtla saat 16:30 radələrində Nyu-Yorkdakı Stüart Hava Milli Qvardiyasının bazasına eniş edib.
Daha sonra Venesuela lideri və həyat yoldaşı Manhettendəki ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə, oradan isə həbsxanaya aparılıb.
“NBC News” bildirir ki, Maduro sabah (5 yanvar) Nyu-Yorkda məhkəmə qarşısına çıxrıla bilər.
Bakı 




