Almaniya kansleri Fridrix Merz ABŞ-ın Venesueladakı hərəkətlərinə hüquqi qiymət verməyin çətin olduğunu bildirib və Venesuelada siyasi qeyri-sabitliyin qarşısını almağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya kanslerinin Mətbuat Xidməti məlumat yayıb.
"ABŞ-ın əməliyyatını hüquqi baxımdan qiymətləndirmək mürəkkəbdir. Bunu etmək üçün vaxta ehtiyacımız var", - Merz deyib.
Merz beynəlxalq hüquq prinsiplərinin dövlətlər arasındakı münasibətlərdə tətbiq olunmalı olduğunu vurğulayıb.
Merz bundan başqa Nikolas Maduronun ölkəsini çökdürdüyünü və son prezident seçkilərini saxtalaşdırdığını iddia edib.
O, Almaniyanın da bir sıra digər ölkələr kimi, səsvermənin nəticələrini tanımadığını xatırladıb.
Bakı 




