• Bakı 11° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı - QİYMƏTLƏR

İDMAN

04 Dekabr 2025 | 15:09

Qarabağ - Ayaks oyununun biletləri satışa çıxdı - QİYMƏTLƏR

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletləri satışa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, satışa bu gün saat 15:00-da start verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.


SON XƏBƏRLƏR