• Bakı C

    9.89 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

"Toronto" klubunun hücumçusu MHL-də rekorda imza atıb

İDMAN

03 Yanvar 2026 | 10:59

Toronto klubunun hücumçusu MHL-də rekorda imza atıb

"Toronto" klubunun hücumçusu Oston Mettyus MHL-də amerikalı oyunçular arasında het-triklər üzrə rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı hokkeyçi müntəzəm mövsümün "Vinnipeq"ə qarşı oyununda 3 qol vuraraq komandasının 6:5 hesablı qələbə qazanmasına kömək edib.

Bu, Mettyusun MHL-də 14-cü het-triki olub. O, əvvəlki rekordçu Pet Lafonteyni (13) üstələyib.

Amerikalı hokkeyçilərdən Con Lekler, Co Mallen və Kevin Stivensin hesabında 11 het-trik var.


SON XƏBƏRLƏR