Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.
Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub.
Tərəflər həmçinin, regional proseslər barədə fikir mübadiləsi aparıb və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının inkişafı üçün mövcud imkanları dəyərləndiriblər.
Bakı 



