• Bakı 11° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Marketdən 12 araba oğurlayan şəxs saxlanıldı

HADİSƏ

04 Dekabr 2025 | 13:08

Marketdən 12 araba oğurlayan şəxs saxlanıldı

Mühafizə polisi 12 ədəd market arabası oğurlayan şəxsi saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Bildirilib ki, Xətai rayonu Zığ yolu küçəsində yerləşən marketlərin birindən müştərilərin alış-veriş zamanı istifadə etdikləri arabaların sayının günbəgün azalması mağaza rəhbərliyini narahat etməyə başlayıb. Arabaların oğurlandığı qənaətinə gələn mağaza sahibi obyektin mühafizə polisi tərəfindən qorunması üçün Xətai Rayon Mühafizə İdarəsinə müraciət edib. 

İki gün əvvəl axşam saatlarında məhz həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. 

Mühafizə polislərinin çevikliyi sayəsində marketdən növbəti dəfə araba oğurlayan E.Qafarov elə “iş başında” saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda həmin obyektdən 12 ədəd market arabası oğurladığı məlum olub. 

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

03 Dekabr 2025