"Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində dostluq əlaqələrinin qurulması Rusiya üçün xarici siyasət prioritetidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Dekabrın 8-də MDB-nin yaradılması haqqında Sazişin imzalanmasının 34-cü ildönümü tamam olur. Bu sənəd həqiqətən də tarixi rol oynadı, ittifaq respublikaları və xalqları arasında çoxəsrlik əlaqələrin kəsilməsinin qarşısını aldı, yeni müstəqil dövlətlər arasında qarşılıqlı fəaliyyətin davamlı prinsiplərini bərqərar etdi. Rusiya üçün MDB çərçivəsində dostluq, bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin qurulması əsas xarici siyasət prioritetidir", - Zaxarova qeyd edib.
O əlavə edib ki, MDB postsovet məkanında faktiki olaraq bütün sektorlar üzrə layihələr həyata keçirən ən nümayəndəli təşkilatdır: "MDB dövlətlərini və xalqlarını başqa şeylərlə yanaşı, adət-ənənələrə hörmət və ortaq keçmişə əsaslanan ümumi mənəvi-əxlaqi dəyərlər birləşdirir. Və təbii ki, bu il 80 illiyini birlikdə qeyd etdiyimiz Böyük Vətən Müharibəsindəki Qələbə də burada xüsusi əhəmiyyət kəsb edir".
Zeynəb Rzayeva
Bakı 



