• Bakı 11° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Ferqus Auld: Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyuruq

SİYASƏT

04 Dekabr 2025 | 12:50

Ferqus Auld: Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyuruq

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul etməsi barədə paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir müdafiənin strateji tərəfdaşlığın əsas sütunu olduğunu vurğulayıb:

"Lord Vernon Koakerlə birlikdə İlham Əliyevlə görüşməkdən və müdafiə sahəsində gələcək imkanları müzakirə etməkdən məmnun oldum. Böyük Britaniya il ərzində əldə edilmiş irəliləyişi alqışlayır və Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur".


SON XƏBƏRLƏR

03 Dekabr 2025