Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl instaqrama geri dönüb.
Bakıvaxtı.az xəbər verir ki, Meqan bir vaxtlar çox aktiv olduğu bu sosial şəbəkəyə “Meghan” adı ilə qoşulub.
43 yaşlı Meqan ilin ilk günündə öz hesabında çimərlikdə qaçarkən çəkilən videosunu yayımlayıb. Paylaşımında şərhləri də deaktiv etməsi diqqətdən yayınmayıb.
Xarici mətbuatda yayılan məlumata görə, video Şahzadə Harri tərəfindən Kaliforniyada, cütlüyün evinin yaxınlığındakı çimərlikdə çəkilib.
Bundan başqa, Meqanın instqramdakı hər paylaşımı üçün “ən azı” 1 milyon dollar qazanacağı da deyilir. Marklın dünyanın ən çox qazanan sosial media istifadəçilərindən biri olacağı düşünülür.
Meqan Marklın hazırda 100 mindən çox izləyicisi var, lakin özü heç kimi izləmir.