• Bakı C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Moldovadan Ermənistan, İran və Rusiya aviaşirkətlərinə QADAĞA

DÜNYA

03 Yanvar 2025 | 11:42

Moldovadan Ermənistan, İran və Rusiya aviaşirkətlərinə QADAĞA

Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiya aviaşirkətlərinin fəaliyyətinə qadağa qoya bilər.

Bakıvaxtı.az xəbər verir ki, Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi müvafiq layihənin müzakirəyə çıxarılmasını təklif edib. Belə bir qərarın məqsədi milli qanunvericiliyi “Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır”.

Siyahıya Rusiya, Ermənistan, Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan da daxil olmaqla 20-dən çox ölkənin aviaşirkətləri daxildir.

Qanun layihəsinin yanvarın 9-dək müzakirəsi planlaşdırılır.


SON XƏBƏRLƏR

04 Yanvar 2025