• Bakı C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Fitso sözünü tutmadı: Ukraynaya enerji ötürüləcək

DÜNYA

05 Yanvar 2025 | 00:29

Fitso sözünü tutmadı: Ukraynaya enerji ötürüləcək

Slovakiya Ukraynanı elektrik enerjisi ilə təmin etməyə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Slovakiyanın SEPS dövlət elektrik sistemləri operatoru məlumat yayıb.

Şirkət Ukraynanın “Ukrenerqo” şirkəti ilə əvvəllər bağlanmış müqavilənin şərtlərinə əməl etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Slovakiya Baş naziri Robert Fitso ölkəsinin lazım gələrsə 2025-ci ilin yanvarından Ukraynaya elektrik enerjisinin verilməsini dayandıracağını elan etmişdi. Buna səbəb Kiyevin Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı “Qazprom” ilə müqaviləni yeniləməməsi idi./axar.az


SON XƏBƏRLƏR