• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Parisdə dəmiryol vağzalında atışma: yaralılar var

DÜNYA

03 Fevral 2025 | 21:19 | Müəllif: Subhan Mahmudov

Parisdə dəmiryol vağzalında atışma: yaralılar var

Parisdə dəmiryol vağzalında atışma nəticəsində iki nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Le Parisien” qəzeti hadisənin şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verdiyini yazıb. Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Buna cavab olaraq isə təhlükəsizlik işçiləri atəş açaraq həmin şəxsi ağır yaralayıblar.

Qəzet hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR