• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Qrenlandiyanın baş nazirindən Trampa cavab: Ada satılmır

DÜNYA

05 Mart 2025 | 16:01

Qrenlandiyanın baş nazirindən Trampa cavab: Ada satılmır

Qrenlandiyanın baş naziri Mute Bourup Egede ABŞ Prezidenti Donald Trampın adanın öz müqəddəratını təyin etmə hüququnu dəstəklədiyi və ABŞ-ə qoşulmağa dəvət etdiyi açıqlamalarına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Egede Facebook hesabında paylaşım edib.

“Biz nə amerikalı, nə də danimarkalı olmaq istəyirik. Biz Qrenlandiyalıyıq. Amerikalılar və onların liderləri bunu anlamalıdır. Biz satılmırıq və alına bilmərik. Öz gələcəyimizə özümüz qərar veririk.

Qeyd edək ki, Tramp ABŞ Konqresindəki çıxışında Qrenlandiyanın öz müqəddəratını təyin etmə hüququnu dəstəklədiklərini bildirərək adanı ABŞ-a qoşulmağa dəvət etmişdi. O, Qrenlandiyanın ABŞ və beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu qeyd edərək, “Bunu bir şəkildə əldə edəcəyik və sizi təhlükəsiz saxlayacağıq”,-  deyə bildirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

23 Aprel 2025