• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Rusiya üç moldovalı diplomatı ölkədən çıxarır

DÜNYA

04 Aprel 2025 | 14:18

Rusiya üç moldovalı diplomatı ölkədən çıxarır

Rusiya Federasiyası üç moldovalı diplomatı ölkədən çıxarır.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Moldova hökumətinin Rusiya səfirliyinin üç əməkdaşının persona non-qrata elan edilməsi ilə bağlı qərarı ilə əlaqədar Moldovanın Rusiya Federasiyasındakı səfiri XİN-ə çağırılıb. Səfirə kəskin etiraz bildirilib.

    Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya diplomatik missiyasını Moldovanın daxili işlərinə qarışmaqda ittiham etmək cəhdlərinin heç bir əsası yoxdur.

    Qeyd edək ki, bir neçə gün bundan öncə Moldova üç rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib.


    SON XƏBƏRLƏR

    10 Aprel 2025