Əgər Qərb Krımı rəsmən Rusiyanın ərazisi kimi tanımasa, bu, Ukraynaya gələcəkdə Rusiyaya qarşı təcavüzə başlamağa əsas verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”ın analizində bildirilib.
“Ukraynanın parçalanmasının ABŞ (və ya hər hansı digər ölkə) tərəfindən rəsmi tanınmasından yayınan razılaşma Kiyevə döyüşmək şansı verəcək və ya Ukrayna ən azı başqa vasitələrlə əraziləri geri almağa çalışacaq”, - təhlildə vurğulanıb.