• Bakı 22° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Kral ailəsində QALMAQAL - soyadını dəyişdirə bilər 

DÜNYA

03 Iyun 2025 | 09:40

Kral ailəsində QALMAQAL - soyadını dəyişdirə bilər 

Şahzadə Harri tezliklə Britaniya kral ailəsinin bəzi üzvlərinin istifadə etdiyi Mauntbatten-Vindsor soyadından imtina edə və anası şahzadə Dianadan miras qalan Spenser soyadını qəbul edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Qəzetin yazdığına görə, şahzadə Harri bu yaxınlarda Böyük Britaniyaya səfəri zamanı Diananın qardaşı Çarlz Spenserlə bu məsələni müzakirə edib. Maraqlıdır ki, nəşrin məlumatına görə, şahzadə Diananın qardaşı Çarlz Spenser əmisi oğluna bu məsələdə tələsməməyi tövsiyə edib.

Belə bir qərar, bəzi mənbələrə görə, Harrinin atası, Britaniya monarxı III Çarlz üçün xüsusilə təhqiredici ola bilər. Və belə bir şəxsi məsələnin ailə dairəsindən kənarda müzakirə olunması Harri ilə kral ailəsi arasında dərin fikir ayrılıqlarının olduğunu göstərir.


SON XƏBƏRLƏR

04 Iyun 2025