• Bakı 24° C

    14.34 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Rusiya Odessada yaşayış binasını vurub - yaralılar var

DÜNYA

03 Iyul 2025 | 09:02

Rusiya Odessada yaşayış binasını vurub - yaralılar var

Rusiya Ordusu gecə saatlarında Odessaya zərbə dronları ilə hücum edib.

Bakıvaxtı.az Ukrayna istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

Onun sözlərinə görə, zərbə dronlarından biri yaşayış binasına tuş gəlib.

İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Hadisə nəticəsində 50 sakin təxliyə edilib, 6 mənzil tamamilə dağılıb, 36 mənzil isə qismən zədələnib.


SON XƏBƏRLƏR