İyunun 3-də saat 14:30 radələrində Lənkəran rayonunun Biləsər kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, zərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 1 nəfərin isə (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
14:03
Lənkəranda ər həyat yoldaşını bıçaqlayıb, sonra özünü öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.
Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.
Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.