• Bakı 21° C

    14.92 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Ermənistan parlamentində QALMAQAL

DÜNYA

03 Iyul 2025 | 12:19

Ermənistan parlamentində QALMAQAL

Ermənistan parlamentində müstəqil deputat Ovik Aqazaryanın çıxışından sonra deputatlar arasında mübahisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki bu barədə erməni KİV-ləri xəbər verir.

O, Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri pisləşdirdiyini və Avropaya can atdığını bildirib.

"Rusiya tərəfini erməni tərəfindən gələn təxribatlara uymamağa çağırıram", - deyə o bildirib.

Onun çıxışından sonra "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Arman Yeqoyan ona qarşı tənqidi fikirlər səsləndirməyə başlayıb.

Parlament sədrinin müavini Akop Arşakyan Aqazaryanın bəyanatlarının xarici dövlətin maraqlarını əks etdirdiyini bildirib və onun iclas zalını tərk etməsini tələb edib.


SON XƏBƏRLƏR