ABŞ-da müstəqil federal agentlik olan Xüsusi Müşavir Ofisi ABŞ-ın hazırkı prezidenti Donald Trampın mühakimə olunması ilə məşğul olan sabiq xüsusi prokuror Cek Smitlə bağlı araşdırmaya başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə cümə günü “New York Post” qəzeti məlumat yayıb.
2025-ci ilin yanvarında istefa verməzdən əvvəl Smit Trampın məxfi sənədləri düzgün saxlamaması, eləcə də 2021-ci ilin yanvarında prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyəti saxlamaq cəhdi iddiaları ilə bağlı işlərə baxırdı.
Qeyd edək ki, Trampa qarşı hər iki iş sonda dayandırılıb.
İstintaq Smitin fəaliyyətini 2024-cü il seçkilərinə müdaxilə hesab edən senator Tom Kotton tərəfindən başladılıb.