Pentaqon dünyanın ən böyük silah və aerokosmik sistemlər istehsalçısı olan RTX Corporation ilə 50 milyard dollar dəyərində 20 illik müqavilə bağladığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki bu barədə Pentaqonun bəyanatında deyilir.
Müqavilə üzrə işlərin həm kontinental ABŞ ərazisində, həm də xaricdə aparılacağı dəqiqləşdirilir.
Bu müqavilə üzrə müştərilər ABŞ Ordusu, Müdafiə Logistika Agentliyi və ABŞ Müdafiə Nazirliyidir.