Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini-xarici işlər naziri Rəşid Meredov Füzuliyə səfər edib.
Bu barədə Bakıvaxtı.az-a Türkmənistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Meredov bugün və iyulun 4-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.